Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Marneulidə mer seçkilərində qarşıdurma - YENİLƏNDİ

Reklam: Sinerji Pro

Bu gün Marneulidə keçirilən mer seçkilərində qarşıdurma yaranıb.

Hadisə 5 saylı ictimai məktəbdə yerləşən 85 saylı seçki məntəqəsində baş verib.

Qarşıdurma Vahid Milli Hərəkat Partiyasının müşahidəçisi və seçki komissiyasının sədri arasında yaşanıb./ONA/

***

Bu gün Gürcüstanın beş rayonunda mer, səkkiz rayonunda isə bələdiyyə məclisi aralıq seçkiləri keçirilir.

Yenicag.az xəbər verir ki, azərbaycanlıların kompakt yaşadıqları Marneuli rayonunda keçiriləcək mer seçkilərində 15 namizəd mübarizə aparır. Namizədlərin 14-ü siyasi partiya, 1-i isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Həmin namizədlərdən dördü azərbaycanlıdır. Onlar “ Gürcü arzusu demokratik Gürcüstan” partiyasından Zaur Darğallı, “ Vahid Milli Hərəkat ”dan Aqil Mustafayev, “ Təşəbbüs Qrupu”ndan Əli Bədirov, “ Bakradze- Uqulava Avropalı Gürcüstan” partiyasından Əhməd İmamquliyevdir.

Gürcüstanın Marneuli rayonunda icra başçısı seçkilərində seçici fəallığı 5,7% təşkil edib.

Saat 10:00-a olan məlumata əsasən, rayonda seçki hüququna malik olan 99 717 nəfərin 5 699-u səs verib.

Seçkilərdə səsvermə prosesi saat 20:00-da başa çatacaq.

 

www.yenicag.az

2678