!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Marqarita Simonyan Rusiyanın gələcəyi üçün “ağlayır”: “...yoxsa müsəlman ölkəsinə çevriləcək”

!Reklam – Yazi

Erməni əsilli Rusiya jurnalisti Marqarita Simonyan Kremli “pasport siyasəti”ni dəyişməyə çağırıb.

Yenicag.ru-nun məlumatına görə, RT telekanalının və “Sputnik” agentliyinin baş redaktoru olan Marqarita Simonyan ölkə rəhbərliyinin başqa dövlətlərdəki rusların Rusiyaya qaytarılması üçün addımlar atmasının vacibliyini yazıb.

Simonyan özünün “Facebook” səhifəsində Rusiyanın gələcəyi üçün “göz yaşı töküb”. Onun sözlərinə görə, Rusiya xaricdəki rusları geri qaytarmasa, ölkə demoqrafik fəlakətlə üzləşəcək:
“Əgər Rusiyada iş qabiliyyətli əhalinin sayı azalmasaydı, pensiya islahatlarına ehtiyac qalmazdı. Demoqrafik böhran Rusiya iqtisadiyyatının əsas problemlərindən biridir. Bu məsələ 30 ildir ki, öz həllini gözləyir”.

Jurnalist əlavə edib ki, əgər vəziyyət dəyişməsə, Rusiya 2040-cı ildə müsəlman ölkəsinə çevriləcək:
“Başqa dinlər kimi, İslamın da əleyhinə deyiləm. Ancaq təsəvvür etməyə çalışın ki, övladlarınız sizin indiki yaşınıza çatanda, ölkənin prezidenti Həbib Nurməhəmmədov olacaq. Mən onun da əleyhinə deyiləm. Ancaq Rusiyanı məhz indiki mental, mədəni, dini, ictimai vəziyyətdə görmək istəyirəm”.

www.yenicag.az

3548
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv