Marsda ilk dəfə maye su tapılıb.
Yenicag.az xəbər verir ki, NASA-nın Mars Insight Lander zondunun topladığı məlumatları təhlil edən alimlər belə qənaətə gəliblər.
Qeyd olunub ki, Qırmızı Planetin qabığının dərinliklərində maye su anbarı adlanan yer var. Təhlil göstərdi ki, su Marsın səthinin altında 10-20 km dərinlikdə yerləşir.
Kaliforniya Universitetinin professoru Maykl Manqanın sözlərinə görə, bu, Yer kürəsində yeraltı su, neft və ya qaz yataqlarını axtarmaq üçün istifadə edilən üsuldur.
Marsın səthini tədqiq edən tədqiqatçılar onun üzərində su olduğunu çoxdan anlayıblar: səthdə çay və göllərin izləri var. Lakin son 3 milyard ildə onların yerini səhra tutub.
Suyun bir hissəsi səthin altında qalıb. Yer kürəsində suyun kifayət qədər böyük bir hissəsi yerin altındadır və alimlər eyni şeyin Marsda olmasını istisna etməyib.