İtaliyanın “Yuventus” klubu Kriştiano Ronaldodan sonra “Real”ın daha bir futbolçusunu heyətinə qatmağa hazırlaşır.
Yenicag.az xəbər verir ki, söhbət Marselodan gedir.
İspaniya mətbuatının iddiasına görə, yayda tərəflər arasında 4 illik müqavilə imzalanacaq. Razılığa əsasən, braziliyalı müdafiəçi yeni klubunda ilinə 12 milyon avro qazanacaq.
Qeyd edək ki, Marselonun “Real”la müqaviləsi 2022-ci ilin iyununda başa çatır.