Marşrut avtobusu qəzaya qarışdı

Zabrat şossesində yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Belə ki, minik avtomobili “Azlənd-Plaza” MMC-nin istismarında olan 217 nömrəli marşrut xətti avtobusunu arxadan vurub.

Daşıyıcının verdiyi məlumata görə, hadisə baş verən vaxt avtobusda sərnişin olmayıb.