Reklam: High Technic
hightechnic

Marşrut avtobusu traktorla toqquşdu: Yaralananlar var

Mingəçevir şəhərində yol qəzası baş verib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospekti ilə M.Maqomayev prospektlərinin kəsişməsində qeydə alınıb.

Belə ki, traktor şəhərin əsas prospekti ilə hərəkətdə olan 8 saylı marşrut avtobusuna çırpılıb. Nəticədə iki sərnişin – 1974-cü il təvəllüdlü Məlahət Məhəbbət qızı Tağıyevaya və digər gənc xanım yüngül xəsarət alıb. Onlara yerindəcə ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

1012