!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Marşrut xətləri üzrə tətbiq edilən xüsusi fəaliyyət rejimi ləğv olundu

!Reklam – Yazi

“Bakının enerji təminatındakı problemlər aradan qaldırıldığından müntəzəm marşrut xətləri üzrə tətbiq edilən xüsusi fəaliyyət rejimi ləğv olunub”.

Yenicag.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev deyib.

Onun sözlərinə görə, hazırda müntəzəm sərnişindaşımalar adi günlərdə olduğu kimi davam etdirilir: “BNA iyulun 3-4-də sərnişindaşınmanın xüsusi fəaliyyət rejimində təşkilində yaxından iştirakına və göstərdikləri köməyə görə daşıyıcılara, nəqliyyat əməliyyatları ilə bağlı əhalinin vaxtında məlumatlandırılması və maarifləndirilməsi işlərində göstərdikləri əvəzsiz dəstəyə görə kütləvi informasiya vasitələrinə təşəkkür edir. Bununla yanaşı, ötən iki gün ərzində nəqliyyat sistemində yaranan çətinlikləri anlayışla qəbul edib yüksək vətəndaşlıq mövqeyi göstərən əhaliyə də dərin minnətdarlığımızı bildiririk”.

www.yenicag.az

1239
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv