Martın 9-u qeyri-iş günüdür

8059bd4b2bdac9f98376232eea6c64ed8 Mart – Beynəlxalq Qadınlar günü ilə bağlı Azərbaycanda istirahət və iş gününün yeri dəyişdirilib.

8 Mart – Beynəlxalq Qadınlar günü Azərbaycanda qeyri-iş günü elan olunub.

Həmin gün bu il bazar gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 9 mart qeyri-iş günü elan edilib.

Beləliklə, 7 mart tarixi də şənbə gününə təsadüf etdiyi üçün, 3 gün ardıcıl qeyri-iş günü olacaq.

Qeyd edək ki, 8 Mart – Beynəlxalq Qadınlar Günü Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların Kopenhagendə keçirilən II beynəlxalq konfransında təsis olunub. İlk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada, 1913-cü ildə isə Rusiyada bu gün qeyd edilməyə başlanılıb. 1975-ci ildə BMT tərəfindən 8 Mart Beynəlxalq Qadınlar Günü kimi elan edilib.

Azərbaycanda bayramın 1917-ci ildən mütəmadi qeyd edilməsinə başlanılıb.