Martın sonundan Gürcüstan vətəndaşları Aİ ölkələrinə vizasız gedəcəklər

Avropa Parlamentinin prezidenti Antonio Tayani Avropa İttifaqı (Aİ) və Gürcüstan arasında vizasız rejimin tətbiqini nəzərdə tutan sazişi imzalayıb.

Yeniçağ.Az Trend-ə istinadən xəbər verir ki, imzalanma mərasimində Gürcüstanın baş naziri Georgi Kvirikaşvili, xarici işlər naziri Mixail Canelidze və digər rəsmilər iştirak ediblər.

Bu, Gürcüstan vətəndaşlarının Şengen zonası ölkələrinə vizasız gediş-gəlişini təmin edən son prosedurlardan biridir.

Saziş bir neçə gün ərzində Aİ-nin rəsmi jurnalında dərc olunacaq. Bundan 20 gün sonra vizasız rejim tətbiq olunmağa başlayacaq. Beləliklə, martın sonundan etibarən Gürcüstan vətəndaşları Aİ ölkələrinə vizasız gediş-gəliş əldə edəcəklər.

Yeniçağ.Az

COP29