!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Masallı Elektrik Şəbəkəsinin rəisi Miyankü kəndinə “müharibə” elan edib - Şikayət

!Reklam – Yazi

Yeniçağ.Az-a məktubla müraciət edən Masallı rayonu Miyankü kəndinin sakini Camaləddin Həsənağa oğlu Fərziyev adıçəkilən yaşayış məntəqəsinin elektrik enerjisi ilə təminatında yaranan problemlərin aradan qaldırılması üçün lazımi tədbir görülmədiyini yazıb:

“Yaşadığım Masallı rayonunun Miyankü kəndində elektrik dirəklərinin və naqillərin əsaslı şəkildə təmiri 1982-ci ilin yayında olub. Ötən 35 il ərzində Masallı rayon Elektrik Şəbəkəsi tərəfindən Miyankü kəndində heç bir əsaslı təmir işi aparılmayıb. Vəziyyətlə əlaqədar dəfələrlə Masallı Elektrik Şəbəkəsinin rəisi Allahverdi İsmayılova məlumat vermişəm.Lakin verdiyim məlumat və şikayətlərin heç birinin təsiri olmayıb. Ayrı-ayrı qəza vəziyyətində olan elektrik dirəklərinin hər an insan həyatı üçün təhlükə yaratdığını A.İsmayılovun nəzərinə çatdırmışam. Onunla iki dəfə kabinetində görüşmüşəm. Onun yalnız bircə cavabı var: “Sən məni yaxşı tanıyırsan, mən də səni… Əlindən nə gəlirsə get elə”.

Şikayətçinin sözlərinə görə, yalnız rayon icra başçısına müraciətdən sonra problemin həlli istiqamətində ilk addımlar atılsa da, az sonra bu işlər yenə dayandırılıb: “İki il əvvəl rayon icra hakimiyyətinin başçısı Rafil müəllimin kəndimizin əhalisi ilə görüşü zamanı bu barədə şikayətimi bildirdim.Bunun nəticəsində kəndin mərkəzindəki qəzalı elektrik dirəklərinin ikisi dəyişdirildi. Bundan sonra Allahverdi İsmayılov sanki yaşadığım Miyankü kəndinə müharibə elan edib. Onun əməkdaşları gecə ilə vətəndaşların həyətlərinə girərək, elektrik sayğaclarının giriş hissəsindəki naqili sıradan çıxarırlar. Bir gün sonra vətəndaş xəbər tutur ki, evində işıq yanmır və elektrik şəbəkəsinə müraciət edirlər. Kənddə nəzarətçi işləyən Amid Ağayev elektrik sayğacının sıradan çıxması adı altında sayğacı yerindən qoparıb harasa aparır. Bir gün sonra elektrik sayğacı yerinə qaytarılır. Bu əməliyyat kəndin 50-60 faizini əhatə edir. Bunun müqabilində vətəndaşlardan 20, 30, bir çox hallarda 100 manat məbləğində pullar alınır. Bundan əlavə kənddə heç bir qeydiyyatı olmayan elektrik sayğacları var ki, həmin abonentlərdən də pullar nağd alınır. Kəndin ayrı-ayrı sakinləri ilə elektrik şəbəkəsinin əməkdaşları arasında baş verən biabırçılıqla əlaqədar dəfələrlə münaqişə yaşanıb. Bir çox kənd sakinləri mənim bu məsələ ilə əlaqədar aidiyyatı təşkilata şikayətimdən xəbardar olduqları üçün bu məsələnin ictimailəşdirməsini tələb edirlər”.

Yeniçağ.Az

www.yenicag.az

2785
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv