!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Masallı sakini saxta pulla saxlanıldı

!Reklam – Yazi

Mayın 1-də saat 21 radələrində Qazax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən Birinci Şıxlı kənd sakini N.Əhmədov bir qədər əvvəl İkinci Şıxlı kəndi ərazisində naməlum şəxsin ona 21600 rubl saxta əskinas verərək 560 manatını aldığını bildirib.

DİN-dən Yenicag.az-a verilən məlumata görə, təxirəsalınmaz tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin sərnişin qismində mindiyi “Mercedes” markalı avtomobil müəyyən edilib. Həmin nəqliyyat vasitəsi müraciətdən 1 saat sonra Baş Dövlət Yol Polisi İdarəsinin Şəmkir rayonu ərazisindəki postunda yol polisi əməkdaşları tərəfindən saxlanılıb.

Saxta əskinasları verməkdə şübhəli bilinən Masallı rayon sakini Azad Atəmli Qazax RPŞ-nin əməkdaşlarına təhvil verilib.

www.yenicag.az

1441
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv