Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Masallıda ailə faciəsi: 3 nəfər göldə batdı

Masallının Miyənkü kəndində göldə üç nəfər batıb.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, onlardan biri qadın, ikisi isə azyaşlıdır.

Meyitlər sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Ölənlərin şəxsiyyəti müəyyənləşib. Onlar Miyənkü kənd sakini, 1981-ci il təvəllüdlü Vüsalə Sabir qızı Kərimova, onun oğlu, 2007-ci il təvəllüdlü Elmar İlqar oğlu Kərimov və V. Kərimovanın qardaşı oğlu, 2009-cu il təvəllüdlü Hüseyn Şəmşir oğlu Zamanovdur.

Məlumata görə, V. Kərimova ailəsi ilə birgə Masallıya istirahətə gəlib. Uşaqlarla dincəlmək üçün isə göl kənarına gedib. Göldə çimən uşaqların boğulduğunu görən V. Kərimova onları xilas etməyə çalışarkən özü də batıb.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

1452
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS