Masallı rayonunun Rüdəkənar kəndində ilanların öldürüldüyü ev nəzarətə götürülüb.
Yenicag.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Adəm Məhərrəmov deyib.
O bildirib ki, evdə öldürülən ilanlar kənardan gəlməyib:
“İlanlar adətən torpaqda yuva qurur. Bu ev də köhnə torpaq tikili olduğuna görə ilanlar divardan və yerdən çıxır. Həmin ev bir otaqdır. Ola bilsin ki, bir müddət evdə yaşayış olmadığından ilanlar orada yuva qurub”.
A.Məmmədov bildirib ki, hadisə barədə məlumat daxil olan kimi ev nəzarətə götürülüb:
“Hadisə yerinə rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları cəlb edilib, ev dezinfeksiya olunub, əraziyə lazımi dərmanlar səpilib. Hadisə barədə Fövqəladə Hallar Nazirliyinə də məlumat verilib. Artıq həmin ev təhlükəsizdir və ailə mənzildə yaşayır. Fövqəladə Hallar Nazirliyi evin vəziyyətinə baxıb qərar verməlidir”.
Xatırladaq ki, Masallı rayonunun Rüdəkənar kənd sakini İlham Əkbərova məxsus evdə 17 ilan öldürülüb.