!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Masallıda CİNAYƏT: 2 qardaş əmilərini qətlə yetirdi

!Reklam – Yazi

Masallıda qardaşlar qətl törədib.

Yenicag.az xəbər verir ki, bu barədə rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, iyulun 31-i saat 07 radələrində Masallı rayon sakini, 1961-ci il təvəllüdlü İbdulla Səfərovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan ilkin araşdırmalarla 1999-cu il təvəllüdlü Ariz Səfərov və qardaşı, 2004-cü il təvəllüdlü Fəqan Səfərovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı taxta parçası və balta ilə əmiləri İbdulla Səfərova xəsarətlər yetirməklə onu qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.

Ariz və Fəqan Səfərovlar şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.

www.yenicag.az

195
Ads
www.veteninfo.com
!Reklam – Arxiv