Masallı rayonunda yeniyetmənin zorla ərə verilməsi barədə iddia yayılıb.
“Xəzər” TV-də yayımlanan “Təsir dairəsi” verilişində 12 yaşında olduğu deyilən yeniyetmənin özündən yaşca çox böyük biri ilə evləndirilməsi barədə məlumat verilib.
Lalə Azərtaş həmin şəxslərin görüntüsünü təqdim edərək: “Video oğlanın həyətində çəkilib. Gülü dərib qıza verir. Elə bil bir ata gülü qızına verir. Adətən çəkiliş edib sonra yayımlayıram. Amma bu dəfə əlimdə video və fotolar var deyə yayımlayıram”, – deyə şərh edib.
Ətraflı süjetdə: