Masallıda dəhşət – Ata iki yaşlı oğlunu öldürdü

Masallı rayonunda körpə ehtiyatsızlıqdan dünyasını dəyişib.

Yenicag.az-ın xəbərinə görə, hadisə Qarğalıq kəndində qeydə alınıb. 1984-cü il təvəllüdlü Məhəbbət Qasımov idarə etdiyi Ford markalı avtomobili yaşadığı evin həyətinə park edərkən 2 yaşlı Musa Qasımovu vurub. Uşaq aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Fakt araşdırılır./ONA/