Masallıda avtomobilin dərəyə aşması nəticəsində 3 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.
Yenicag.az xəbər verir ki, Masallının Köhnə Zuvand kəndi ərazisində “Niva” markalı maşın yüksəklikdən dərəyə aşıb.
Qəza nəticəsində Bakı sakinləri – 1959-cu il təvəllüdlü Sərinaz Azadxan qızı Şirəliyeva, 1993-cü il təvəllüdlü Könül Cəmil qızı Şirəliyeva və 2016-cı il təvəllüdlü Nihad Orxan oğlu Şirəliyev hadisə yerində dünyasını dəyişiblər.
1968-ci il təvəllüdlü Seymur Vidadi oğlu Şirəliyev, 1996-cı il təvəllüdlü Rəna Əyyar qızı Mahmudova və 2018-ci il təvəllüdlü Nuray Orxan qızı Şirəliyeva isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan birinin vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır./Apa/