Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Masallıda dəhşətli qəza - Yük maşını mikroavtobusla toqquşdu - 8 nəfər öldü

Masallıda yük maşını “Mersedes Vito” markalı mikroavtobusla toqquşub.

Səhiyyə Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, hadisə nəticəsində 8 nəfər ölüb. 1 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

İlkin məlumata görə, ölənlərin 2-si qadın, 3-ü kişi, digər 3-ü isə məktəbli uşaqdır.

Yaralı qadının 24 yaşı var. O, hazırda reanimasiya şöbəsində müalicə alır.

***

Masallıda ağır yol qəzasında üç ailənin 8 üzvü ölüb, 2-si xəsarət alıb.

Hadisə bu gün səhər saatlarında Ələt-Astara-İran sərhəd yolunun 136-cı km-də, Masallı rayonu ərazisində baş verib.

Belə ki, “Mersedes” markalı 99 LH 458 dövlət qeydiyyat nişanlı mikroavtobus üzü Astara istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə hərəkətdə olan “KamAZ” markalı 10 MG 329 dövlət qeydiyyat nişanlı yük avtomobilinə çırpılıb. Nəticədə Bakı şəhərindən şadlıq məraimindən qayıdan yaxın qohumlar aldıqları ağır bədən xəsarətlərindən yerindəcə ölüblər.

Son dəqiqləşdirmələrə görə qəza zamanı 8 nəfər ölüb, 2 nəfər xasarət alaraq Masallı rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Əldə etdiyimiz məlumata görə, qəza baş verən zaman arxada daha bir avtomobildə ailənin digər qohumları da olub. Hadisə onların gözü qarşısında baş verib. Lakin həmin avtomobil qəzadan yayınıb. Ölən və yaralananlar Lerik rayonunun Kəlvəz kənd sakinləridir. Meyidlər müayinə olunmaq üçün aidiyyati üzrə təhvil verilib. Mikroavtobusun sürücüsünün yüngül xəsarət aldığı bildirilir. O, fakt üzrə dindirilib. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik dəqiqləşməsə də sürücünün sükan arxasında yuxulaması ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır./Report/

***

Qəza nəticəsində ölən və yaralananların tam siyahısını təqdim edirik:

Ölənlər.

1. Tağıyev Əlizahir Atalı oğlu – 2002-ci il

2. Rzayev Əsgər Hikmət oğlu – 1983-cü il

3. Rzayev Hikmət Əsgər oğlu – 2002-ci il

4. Rzayev Azər Hikmət oğlu – 2008-ci il

5. Rufullayev Ayxan Natiq oğlu – 2016-ci il

6. Məmmədov Gültac Ələkbər oğlu – 1996-cı il

7.Məmmədova Aytac Ələkbər qızı – 1995-ci il

8. Məmmədov Elgün Ələkbər oğlu – 1997-ci il

Yaralılar

1. Rzayeva Ruhiyyə Əkbər qızı – 1985-ci il

2. Tağıyeva Miranə Atalı qızı – 1995-ci

www.yenicag.az

8614