Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Masallıda əməliyyat - Rüşvət alan baş həkim saxlanıldı

Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov və baş mühasibi Sətulla Məmmədov Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıblar.

Baş Prokurorluğun Mətbuat xidmətindən Yenicag.az-a bildirilib ki, bu barədə ictimaiyyətə daha sonra rəsmi məlumat veriləcək.

***

Bu gün Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Masallı rayon xəstəxanasında əməliyyat keçirilib.

Yenicag.az xəbər verir ki, əməliyyat zamanı xəstəxananın baş həkimi Cəlil Nəzərov saxlanılıb.

Onun maliyyə yeyintisinə görə saxlanıldığı bildirilir. Məlumat hüquq-mühafizə orqanları tərəfindən təsdiqlənib.

Qeyd edək ki, əməliyyatın keçirilməsi ilə bağlı ilk xəbəri cenub.az saytı yayıb.

Loading...

www.yenicag.az

253