!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Masallıda ər və arvad evdə yanaraq ölüb

!Reklam – Yazi

Masallıda ölümlə nəticələnən yanğın hadisəsi qeydə alınıb.

Yenicag.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Masallı rayonu, Təzə Alvadı kəndində ümumi sahəsi 180 m2 (hər mərtəbəsi 90 m2) olan taxta konstruksiyalardan ibarət iki mərtəbəli 7 otaqlı evin dam örtüyü, 1-ci və 2-ci mərtəbəsinin yanar konstruksiyaları 120 m2 sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı ev sahibinin oğlu, 1973-cü il təvəllüdlü Əzimov Namiq Kamran oğlu və onun həyat yoldaşı, 1983-cü il təvəllüdlü Əzimova Zeynəb Soltanabad qızının yanmış meyitləri aşkar olunub. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb və 3 nəfər xilas edilib.

www.yenicag.az

3374
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv