Masallıda ev əşyaları ilə birgə külə döndü

Masallıda yanğın hadisəsi qeydə alınıb.

Yenicag.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Masallı rayonu, Şıxlar kəndində ümumi sahəsi 96 m2 olan birmərtəbəli 2 otaqlı evin tavanı 40 m2 sahədə və ev əşyaları yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.