Masallıda istirahət mərkəzində faciə – ÖLƏN VAR

Masallı rayonunda bədbəxt hadisə nəticəsində xəsarət almış qadın dünyasını dəyişib.

Yenicag.az xəbər verir ki, istirahət mərkəzində irigövdəli ağacın kottecin üzərinə aşması nəticəsində xəsarət alan 1984-cü il təvəllüdlü Mirzəyeva Sevda Siyavuş qızı xəstəxanada keçinib.

Hadisə bu gün Masallı-Yardımlı şosesinin 13-cü kilometrliyində, Masallı rayonu ərazisində yerləşən istirahət mərkəzində baş verib. Əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Kottecdə xilasedicilər tərəfindən hərəkətsiz vəziyyətdə aşkarlanan S.Mirzəyeva “təcili yardım” maşını ilə xəstəxanaya aparılıb. İlkin müayinə zamanı qadının huşsuz vəziyyətdə olduğu müəyyən edilib.

Məlumata görə, sözügedən ailə Şüvəlandan Masallıya istirahətə gəlib. Onlar istifadə etdikləri maşını saxlayıb istirahət mərkəzlərinin birində çay içiblər. Lakin 300-400 yaşı olan palıd ağacı küləksiz havada qəfildən sınaraq maşının üstünə düşüb. Şəkillərdən göründüyü kimi, maşın yararsız vəziyyətə düşüb. Maşının içində heç kim olmasa da, kənarda duran ailənin gəlini Mirzəyeva Sevda ölümcül xəsarət alıb.

COP29