Masallı şəhərində mebel fabrikinin ərazisində ümumi sahəsi 15 min kvadratmetr olan tikilidə yanğın baş verib.
Yenicag.az AzerTac-a istinadən bildirir ki, hadisə nəticəsində tikilinin istehsalat sahəsi, anbar hissəsi, içəridə olan dəzgahlar və yanar materiallar 7000 kvadratmetr sahədə yanıb. Fabrikin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğınsöndürənlər tərəfindən söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.