!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Masallıda narkotik əməliyyatı - Keçmiş məhkum tutuldu

!Reklam – Yazi

Masallıda evdən 2 kq-dan artıq tiryək aşkarlanıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yenicag.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2 kq-dan artıq narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Masallı RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı şəhər sakini, əvvəllər məhkum olunmuş Şəmşir Məmmədov saxlanılıb.

Keçirilən şəxsi axtarış zamanı onun üzərindən 27 qram narkotik vasitə tiryək aşkarlanıb.

Əməliyyat tədbirlərinin davamı olaraq Ş.Məmmədovun yaşadığı evə baxış keçirilərkən oradan 2 kiloqram 170 qram tiryək aşkarlanaraq götürülüb.

Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.

www.yenicag.az

729
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv