Masallıda qətlə yetirilən şəxsin kimliyi məlum olub  – YENİLƏNİB

Masallıda bıçaqlanaraq qəilə yetirilən şəxsin kimliyi məlum olub.

Kənd sakini, 1970-ci il təvəllüdlü Urfan Həsənov həmkəndlisi tərəfindən bıçaqlanaraq öldürülüb. Qətlin hansı şəraitdə baş verməsi məlum deyil.

Hadisəni törədən artıq polis tərəfindən saxlanılıb.

***

Masallıda bıçaqlanma olub.

Hadisə rayonun Mollaoba kəndində qeydə alınıb. Bıçaqlanan şəxs dünyasını dəyişib.

Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı rayon şöbəsinə təhvil verilib.(APA)