Masallıda “VAZ-2106” və “Hyundai” toqquşub, 3 nəfər xəsarət alıb

Masallıda 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi məlumata görə, hadisə Ələt-Astara magistralının Masalı rayonunun Qəçöl kəndindən keçən hissəsində qeydə alınıb.

“VAZ-2106” markalı avtomobillə “Hyundai” markalı minik avtomobilləri toqquşub. Nəticədə “VAZ-2106”-nın sürücüsü və sərnişini, Masallının Təzəkənd kənd sakinləri 1978-ci il təvəllüdlü Bünyatov Qismət Balaxan oğlu və 1981-ci il təvəllüdlü Quliyev Elman Murtuza oğlu orta ağır, “Hyundai” avtomobilinin sürücüsü isə yüngül xəsarət alıb. Onlar Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Yeniçağ.Az