Qaz xəttinin zədələnməsi nəticəsində 13 yaşayış məntəqəsinin qaz təchizatında fasilə yaranıb.
SOCAR “Azəriqaz” İB-dən Yenicag.az-a bildirilib ki, “Masallı 1” və “Masallı 2” ölçü qovşaqlarından qidalanan Masallı rayonunun Ərkivan qəsəbəsindən keçən ortatəzyiqli yeraltı qaz xəttinin (internet kabeli çəkən təşkilat tərəfindən) zədələnməsi ilə bağlı sentyabrın 11-də qaz təchizatı dayandırılıb.
Masallı rayonunun 13 yaşayış (14 min abonent) məntəqəsinin qaz təchizatında fasilə yaranıb.
Hazırda təmir-bərpa işləri aparılır.