Masallıda yaşayış evi yandı

скачанные файлыMasallı rayonunda yanğın hadisəsi baş verib.

Hadisə bu gün səhər saatlarında Badalan kənd sakini, 1970-ci il təvəllüdlü Saday Məcidova məxsus iki mərtəbəli 5 otaqlı fərdi yaşayış evində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Masallı Rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. FHN əməkdaşlarının səyi nəticəsində yanğının qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 308 kv.m olan ev 75 kv. m. ərazidə yanıb.
Hadisənin elektrik naqillərində baş verən qısaqapanmadan qeydə alındığı bildirilib.

Faktla bağlı araşdırma aparılır.