!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Masallıda yaşayış evi yanıb

!Reklam – Yazi

576961Masallıda güclü yanğın hadisəsi baş verib.

Hadisə dekabrın 13-də saat 22.00 radələrində şəhərin Dadva məhəlləsində 1976-cı il təvəllüdlü Ülviyyə Nəsrəddin qızı Kərimovaya məxsus ikimərtəbəli, 4 otaqlı fərdi yaşayış evində qeydə alınıb.

Yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Masallı Rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Onların səyləri ilə yanğının əhatə dairəsinin genişlənməsinin və alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 198 kvadratmetr olan evin 110 kvadratmetr ərazisi içindəki əşyalarla birlikdə yanaraq yararsız vəziyyətə düşüb.

Yanğının başvermə səbəbləri ekspertizanın verəcəyi rəydən sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

584
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv