Masallıda yol qəzası: Sürücü xəsarət aldı – VİDEO

Masallıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Yenicag.az xəbər verir ki, hadisə rayonun Xıl kəndi ərazisində qeydə alınıb. Nissan markalı avtomobilin sürücüsü idarə etməni itirib və nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı sürücü xəsarət alıb.

Faktla əlaqədar araşdırma aparılır.