!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Masallıda zəncirvari qəza - Ölən və yaralananlar var

!Reklam – Yazi

Masallı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Yenicag.az-ın məlumatına görə, hadisə rayonun Ərkivan qəsəbəsi ərazisində qeydə alınıb. Masallı rayon sakini, 1999-cu il təvəllüdlü Zaur Talıbov idarə etdiyi “Kia Sorento” markalı avtomobil, hərəkətin əks istiqamətinə çıxaraq ötmə əməliyyatı edən rayon sakini, 2001-ci il təvəllüdlü Ümid Əşrəfovun idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində “Mercedes” markalı avtomobil əks yola çıxaraq həmin yolda hərəkətdə olan, 1970-ci il təvəllüdlü Kənan Hatəmovun idarə etdiyi “VAZ 2107” markalı avtomobillə toqquşub.

Toqquşma zamanı K.Hatəmov və onun sərnişini, 1982-ci il təvəllüdlü Ağa Alışov hadisə yerindəcə ölüb, digər sərnişinlər Tahirə Əliyeva və Hədiyyə Əliyeva ağır xəsarətlərlə Lənkəran Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Masallı rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol-istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

www.yenicag.az

730
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv