Masazırda 3 ədəd əl qumbarası aşkar edildi

Masazırda Duz gölünün yaxınlığında 3 ədəd əl qumbarası aşkar edilib.

Yenicag.az DİN-in Mətbuat xidmətinə istinadən bildirir ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçiridikləri növbəti tədbir nəticəsində Masazır qəsəbəsi, Duz gölünün yaxınlığında 3 ədəd əl qumbarası alışqanları ilə birlikdə aşkar edilib. Qeyd edilən sursat təhlükəsizlik tədbirləri görülərək həmin ərazidən götürülüb.

Faktla bağlı araşdırma aparılır.