Masazırda dəhşət – 165 nömrəli avtobus piyadanı vurub öldürdü

Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az-ın məlumatına görə, Bakı-Sumqayıt şossesinin Masazır qəsəbəsi ərazisinə düşən hissəsində piyada üçün müəyyən edilməmiş hissədən keçən 1987-ci il təvəllüdlü Sadiqov Nail Oktay oğlunu 165 nömrəli marşut xətti üzrə hərəkət edən sərnişin avtobusu vurub.

N.Sadiqov hadisə yerində ölüb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanılıb./ONA/