!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Masazırda dəhşət - Yaşayış kompleksinin komendantı 3 nəfəri güllələdi - TƏFƏRÜAT/YENİLƏNDİ

!Reklam – Yazi

10:59

Masazırda 3 nəfər “Vinçester” markalı odlu silahdan açılan atəş nəticəsində çoxsaylı qırma yarası alıb.

Yenicag.az xəbər verir ki, hadisə qəsəbədəki “Yeni Bakı” yaşayış kompleksi ərazisində baş verib.

Hadisə zamanı 1994-cü il təvəllüdlü Kamran Qasımov sağ ayağından, 1990-cı il təvəllüdlü Talıbov Məmməd döş və qarın nahiyələrindən və 1980-ci il təvəllüdlü Gəncəliyev Zaur döş və qarın nahiyələrindən çoxsaylı qırma yarası alıblar. Yaralılar 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdiriliblər.

Xəsarət alanların sözlərinə görə, onlara “Vinçester” markalı silahdan atəş açan “Yeni Bakı” yaşayış kompleksinin komendantı Ehtiram adlı şəxsdir./Report/

***

Masazırda 3 nəfərin güllələndiyi insidentin təfərrüatları məlum olub.

Abşeron rayonunun Masazır qəsəbəsində silahlı insident baş verib.

Silahlı insident ötən gün saat 17 radələrində qəsəbə ərazisində fəaliyyət göstərən “Qəbələ” kafesində qeydə alınıb.

Əslən Samux rayonundan olan,”Yeni Bakı” yaşayış kompleksində yaşayan və oranın komendantı işləyən 1968-ci il təvəllüdlü Yusifov Ehtiram Ramiz oğlu ilə 3 nəfər arasında mübahisə düşüb. Tərəflər arasında ev alqı-satqısı üstündə düşən mübahisə qanla nəticələnib.

E. Yusifov özü ilə gətirdiyi “Vinçester” markalı odlu silahdan 3 nəfərə atəş açıb və həmin şəxslər çoxsaylı qırma yarası alıblar.

Hadisə zamanı 1994-cü il təvəllüdlü Kamran Qasımov, 1990-cı il təvəllüdlü Talıbov Məmməd və 1980-ci il təvəllüdlü Zaur Gəncəliyev müxtəlif xəsarətlərlə 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdiriliblər.

Hadisədən sonra E.Yusifov könüllü olaraq Abşeron rayon Prokurorluğuna gedib və təslim olub.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır./ONA/

www.yenicag.az

4014
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv