Masazırda ikimərtəbəli ev yandı

Masazırda ikimərtəbəli evdə yanğın baş verib.

Yenicag.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Abşeron rayonunun Masazır qəsəbəsində ümumi sahəsi 300 m² olan ikimərtəbəli evin 1-ci mərtəbəsində qarajın içərisində tikinti materialları və 2 ədəd məişət avadanlığı, dam örtüyünün yanar konstruksiyaları 5 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.