Masazırda vətəndaşa məxsus torpaq sahəsi zəbt edilərək ev tikilir – İDDİA / VİDEO

Vətədaşın mülkiyyətində olan torpaq sahəsini zəbt edərək evlər tikiblər.

Yenicag.az-ın Xezerxeber.az-a istinadən məlumatına görə, bu iddia ilə çıxış edən Allahverdi Axundov Abşeron rayonu, Masazır kəndində ümumilikdə dörd hektar torpaq sahəsinə sahib olduğunu deyir.

Bildirib ki, bu torpaqları 2023-cü ilin yanvar ayında alıb. İki ay sonra isə bir neçə şəxs tərəfindən burada tikinti işləri başlayıb. İddiaya görə, zəbt olunmuş ərazidə 100 dən artıq fərdi ev tikilib və daxili kredit şərti ilə vətəndaşlara satılıb.

A.Axundovun vəkili Ülvi Nəsibli isə qeyd edib ki, tikintinin dayandırlması və orada inşa edilmiş özbaşına tikintilərin sökülməsi barədə aidiyyəti üzrə bütün dövlət orqanlarına müraciət edilib.

Vəkil deyir ki, müvəkkili Allahverdi Axundova məxsus ərazidə hazırda da qanunsuz 20 evin inşası davam edir.

Sözügedən şəxslərdən biri Xəyal Məmmədov isə torpaqların zəbt olunması iddiasının həqiqətə uyğun olmadığını, sözügedən ərazini Şahin İlyasovdan aldıqlarını bildirib.

Ərazidə artıq 100 ev inşa etdiklərini deyən X.Məmmədov qeyd edib ki, məsələ hüquqi müstəvidədir.

Vətəndaş A.Axundovun mülkiyyətində olduğu Abşeron rayonu ərazisində yerləşən torpaq sahəsinin kənar şəxslər tərəfindən zəbt edilməsi və orada qanunsuz tikinti işləri aparılması ilə bağlı müraciəti əsasında Abşeron Rayon Polis İdarəsində araşdırma aparılıb.

Ətraflı süjetdə:

COP29