!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Masazırdakı 1100 ev sökülməyəcək

!Reklam – Yazi

108926_res_01Masazır qəsəbəsində bitum yatağı üzərində tikilən yaşayış evlərinin köçürülməsinə ehtiyac yoxdur.

Bunu baş nazirin müavini Abid Şərifov jurnalistlərə deyib. Onun sözlərinə görə, hazırda tikililərin digər əraziyə köçürülməsinə ehtiyac yoxdur: “Müvafiq tədbirlər aparıldıqdan sonra buna ehtiyac olmadı”.

Baş nazirin müavini qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) məlumatına görə, tikililər zonasında bitum yatağı var və qazın çıxması müşahidə edilir: “Bu fakta heç kəs etiraz edə bilməz. Üstəlik, evlərin birində partlayış baş verib. Hadisə qurbansız ötüşüb, lakin evə ciddi zərər dəyib. Hazırda bina təmir edilir”.

A.Şərifov əlavə edib ki, baş vermiş hadisədən sonra xəbərdaredici tədbirlərin keçirilməsinə başlanılıb: “Tədbirlərə Fövqəladə Hallar Nazirliyi, AMEA, SOCAR, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri, rayonun Icra Hakimiyyətinin nümayəndələri cəlb edilib. Anbarlar daxil olmaqla bütün məkanların havası təzələnib. Həmçinin bütün mövcud kommunikasiyalar yoxlanılıb. Yoxlama və nəzarət tədbirləri davam edir, bunun üçün xüsusi briqadalar yaradılıb. Əminliklə deyə bilərəm ki, partayışlar daha olmayacaq”.

Qeyd edək ki, bundan əvvəl Masazırda tikilmiş 1100-dən çox fərdi evin söküləcəyi və sakinlərin başqa yerə köçürüləcəyi barədə fikirlər səslənmişdi.

www.yenicag.az

509
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv