!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Masazırdakı sürüşmə sahəsi ilə bağlı RƏSMİ XƏBƏRDARLIQ

!Reklam – Yazi

Abşeron rayonunun Masazır qəsəbəsindəki “Zəli gölü” adlanan ərazidə baş verən sürüşmə-çökmə prosesinin əhatə sahəsi genişlənə bilər.

Bunu Yeniçağ.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, Masazırda “Zəli gölü” adlanan ərazidə baş verən sürüşmə-çökmə prosesi aktiv fazadadır, yəni proses davam edir: “Orada 7 yaşayış evi qəzalı vəziyyətə düşüb və tam yararsız vəziyyətdədir. Digər evlərdə və hasarlarda isə çatlar əmələ gəlib”.

Ə.Qaralov qeyd edib ki, əraziyə düşən atmosfer yağıntılarının miqdarı çox olduğundan, eyni zamanda ərazidəki yaşayış evlərinin kanalizasiya sistemlərinin olmadığından və bütün sular birbaşa torpağın üzərinə axıdıldığından torpaq tam doyub. Bu səbəbdən də ərazidə sürüşmə baş verir.

 

Yeniçağ.Az

www.yenicag.az

554
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv