!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Maşın 6 yaşlı uşağı vurub öldürdü - Tovuzda

!Reklam – Yazi

Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Yenicag.az “Report”-a istinadən xəbər verir ki, hadisə Ağdam kəndində qeydə alınıb.

Ağdam rayon sakini, 1987-ci il təvəllüdlü Elman Azad oğlu Abdullayev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçmək istəyən piyada, Ağdam rayon sakini, 2013-cü ildə təvəllüdlü Avaz Vəkil oğlu Məmmədovu vurub. Nəticədə piyada ağır xəsarətlər alıb. O, xəstəxanaya aparılıb. Lakin yaralının artıq öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

2068
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv