Maşın ağaca çırpıldı: Ölənlər var

Şabran rayonunun Aygünlü kəndində “Mercedes” markalı minik maşını ağaca çırpılıb.

Bununla bağlı Yenicag.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan iki nəfərin meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.