Ağsu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Bakı- Şamaxı-Yevlax avtomobil yolunun 178-ci kilometrliyində, Ağsunun Külüllü kəndi ərazisində qeydə alınıb. Göyçay rayonunda məskunlaşan Laçın rayon sakini 50 yaşlı Behbudov Mehman Kamil oğlu idarə etdiyi “VAZ 2106” markalı minik maşını ilə hərəkətdə olarkən idarəetməni itirib və maşın yoldan çıxaraq ağaca çırpılıb. Hadisə zamanı sürücü Mehman Behbudov və gəlini 31 yaşlı Behbudova Xatirə Xəqani qızı ağır xəsarətlərlə Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Xəsarətləri ağır olan Xatirə Behbudova xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.