Maşın aşdı, 3 yaşlı uşaq öldü – Qubada

Bu gün Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə Quba-İspik yolunda qeydə alınıb. Nəqliyyat vasitəsinin aşması nəticəsində 3 yaşlı azyaşlı Poladov Polad Şaban oğlu dünyasını dəyişib.

Faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırmalar aparılır. /apa.az/