!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Maşın dərəyə aşdı: ata 10 yaşlı oğlunun gözü qarşısında can verdi

!Reklam – Yazi

62503Quba-Xınalıq yolunda ağır yol qəzası baş verib. 60 metr hündürlükdən dərəyə aşan maşında 10 yaşlı uşaq da olub. Yenicag.az “ARB Şimal”a istinadən xəbər verir ki, qəza gecə saatlarında Quba-Xınalıq yolunun 55 km-də qeydə alınıb. 48 yaşlı Xınalıq kənd sakini Bağırov Məmmədqasım Xəlil oğlunun idarə etdiyi 10 JL 382 dövlət nömrə nişanlı NİVA markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb. Nəticədə sürücü Məmmədqasım Bağırov hadisə yerində keçinib.

Onun oğlu, 10 yaşlı Rəşad Məmmədqasım oğlu Bağırov qəza yerindən çətinliklə çıxaraq səhər saat 6:00 radələrində kəndə çatıb və hadisə barədə qohumlarına xəbər verib. Yaxınlarının dediyinə görə, Rəşad Bağırov qəzada ciddi xəsarət almasa da, hadisədən sarsıntı keçirib. R. Bağırov hazırda evlərindir.
lkin məlumata görə, sürücü avtomobili sərxoş vəziyyətdə idarə edib.

www.yenicag.az

712
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv