Maşın elektrik dirəyinə çırpılaraq yandı 

Quba rayonunun Amsar kəndində “VAZ” markalı minik avtomobili yol kənarındakı elektrik dirəyinə çırpılıb.

Yenicag.az Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, nəticədə avtomobilin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi və elektrik dirəyi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.