Mingəçevir şəhərində bir ailənin 4 üzvünü maşın vurub, 2 nəfər ölüb.
Şəhərin bayraq meydanında avtomobil tərəfindən vurularaq ağır xəsarət almış 1986-cı il təvəllüdlü şəhər sakini Hüseynova Gülnar Zülfüqar qızının həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada dünyasını dəyişib.
Hadisə zamanı ağır bədən xəsarətləri alan, 2015-ci il təvəllüdlü Mələk Pərviz qızı Hüseynova da yerləşdirildiyi xəstəxanada ölüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
15.06.2018 22:15
Mingəçevirdə piyadaların vurulması ilə nəticələnən ağır yol qəzası baş verib.
Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə bayraq meydanında baş verib.
Belə ki, “Mercedes” markalı maşın yolu keçmək istəyən 4 piyadanın vurub. Onlardan ikisi qadın biri kişi biri isə azyaşlı körpəsi. Yaralılar xəstəxanaya çatdırılıb.
Faktlla bağlı araşdırma aparılır.