Maşın piyadanı vurub qaçdı

qeza70Bakıda ahıl kişini avtomobil vurub.

Hadisə Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində qeydə alınıb.

Belə ki, naməlum avtomobil yolu keçən qəsəbə sakini 83 yaşlı Yasin Qubadovu vuraraq ərazidən uzaqlaşıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini “Mercedes” markalı avtomobilin sürücüsü Bakı şəhər sakini 36 yaşlı Anar Qasımov törədib. Həmin şəxs məsuliyyətə cəlb olunub.

Araşdırmalar davam etdirilir.(report)