Maşın səkkiz yaşlı uşağı vuraraq komaya saldı – Cəlilabadda

Cəlilabadda avtomobil 8 yaşlı uşağı vuraraq komaya salıb.

Yenicag.az xəbər verir ki, hadisə yeni Ələt-Astara avtomobil yolunun rayondan keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı minik avtomobili Masallı rayon sakini, 2014-cü il təvəllüdlü İ.Abdullayevi vurub.

Yaralı uşaq ağır vəziyyətdə rayon xəstəxanasına çatdırılıb. Ona açıq kəllə-beyin travması, baş-beyin əzilməsi, kəllə əsasının sınığı, çanaq tamlığının pozulması ilə olan çoxsaylı sınıqlar diaqnozu qoyulub.

Hazırda İ.Abdullayev travmatik şokun 3-cü dərəcəsindədir.

Faktla bağlı araşdırma aparılır.