“Maşın” şou davam edir.
Yenicag.az xəbər verir ki, bu gün şounu bir yox, iki iştirakçı tərk edib.
Belə ki, iştirakçıların hədəfi Uran olub. O, günün sonunda tamaşaçıların etimadını qazanmağı bacarıb. Belə ki, Urana “qalsın” deyənlərin sayı 56,51 faiz təşkil edib. Onun getməsinə səs verənlər isə 43,49 faiz olub.
Qaydalara əsasən, Uran şoudan kimisə kənarlaşdırmalı idi. O, qərarını açıqlayarkən heç kimin gözləmədiyi halda Pərvin Abıyeva öz istəyi ilə əlini maşının üzərindən götürüb və yarışdan çıxdığını bildirib. Amma Uran da öz növbəsində Aytən Səfərovanı yarışdan kənarlaşdırıb.
Beləliklə, hazırda “Maşın”ın qalibi adı uğrunda Uran, Roza Zərgərli və Hüseyn Əzizoğlu mübarizəni davam etdirir. Hansı ki, onların üçü də eyni komandada idi.