“Maşın şou” yenidən başlayır – Tarix açıqlandı

“Maşın” realiti şousu yenidən start götürəcək.

Yenicag.az Oxu.Az-a istinadən xəbər verir ki, “M Group Production” şirkətinin istehsalı olan layihə dekabr ayında başlayacaq.

Qeyd edək ki, Xalq artisti Murad Dadaşovun aparıcılığı ilə davam edən şounun 16-cı mövsümü sosial mediada və TV reytinqlərində rekorda imza atmışdı.