“Maşın şou”nun iştirakçıları Anadolu Universitetində – FOTOLAR

ATV-də yaymlanan “Maşın” realiti-şousunun iştirakçıları Mətanət Əliverdiyeva, Əli Mirəliyev, Abbas Bağırov, Aytən Səfərli, Ruhəngiz Musəvi, Pərvin Abiyeva, Rahidə Baxışova, Cavidan Novruzov, eləcə də Hacı Nuran və başqaları Anadolu Universitetinin Azərbaycandakı rəsmi tərəfdaş qurumunun qonağı olub.

Yenicag.azx xəbər verir ki, şounun iştirakçıları universitetin Tərəfdaş qrumunun binası ilə yaxından tanış olublar. Universitetin “Azərbaycan proqramları” koordinatoru Azər Hətəmov və “Azərbaycan-Türkiyə İş Adamları Birliyi”nin (ATİB) başqanı Camal Yanğın qonaqları qarşılayıb. Qonaqlar eyni zamanda, universitetin tələbələri ilə görüşüb, onların suallarını cavablandırıblar. Konfrans zalında iştirakçılarla Eskişehirdən Anadolu Universitetinin Birinci prorektoru – Açıq tədris fakültəsinin dekanı Yücel Güneylə canlı bağlantı yaradılıb. İntereraktiv üsulla baş tutan görüş zamanı qonaqların sualları cavablandırılıb. Sonda bütün iştirakçılara təhsil haqqına 50 faizlik endirim kuponları və digər hədiyyələr təqdim olunub. Qonaqlarla xatirə şəkilləri çəkilib.

Cəvahir
Camalə